№ 267 Bakı şəhəri, 20 may 2024-cü il
“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublika-sının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2443 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 (doxsan səkkiz) manat müəyyən edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri