Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 257 Bakı şəhəri, 14 may 2024-cü il

“Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dlət ehtiyatları ・・ alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dlət b・cəsinin vəsaitləri hesabı­na satın alınması Qaydası”nın təsdiq edilməsi barədə

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.1-ci yarım­bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Satınalan təşkilatlar tərəfindən ər­zaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcə­sinin vəsaitləri hesabına satın alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsulları­nın mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1737 (Cild I) ləğv edilsin.

3. “Ərzaq məhsullarının dövlət si­farişi ilə satın alınması” elektron porta­lında barəsində məlumatlar yerləşdi­rilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1219 (Cild I) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları