Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 234       Bakı şəhəri, 1 may 2024-cü il

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18  iyul tarixli 120 nömrəli  Qərarında  dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); 2024, № 1, maddə 101; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 mart tarixli 133 nömrəli və 3 aprel tarixli 196 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin “aparat üzrə” sütununda “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və həmin hissənin “yanında olan orqanlar üzrə” sütunundan “2” rəqəmi çıxarılsın.

2. Aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

6-1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti       2      2
 

3. 14-cü, 42-ci və 54-cü hissələr ləğv edilsin.

4. 55-ci hissənin “Orqanın adı” sütununda “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları