Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 109 Bakı şəhəri, 28 fevral 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prose­sinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslə­rin dövlət reyestrinin aparılması Qayda­ları”nda, 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elekt­ron icra” informasiya sistemi haqqında Əsasnamə”də və 2021-ci il 12 oktyabr ta­rixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilmə­si barədə 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 22 may tarixli 237 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın 3.4.1-ci yarımbən­dinə “qurumlarda” sözündən sonra “(maliyyə bazarlarını tənzimləyən qanunlarda müəyyən edilən tələblər nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1175 (Cild I) ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3.11-ci yarımbəndində “bütün növ bank hesablarının qalıqları” sözləri “banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakı­nın və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1176 (Cild I); Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 52 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elekt­ron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin 12.3.16-cı yarımbəndinin so­nunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.3.17-ci yarımbənd əlavə edilsin:

“12.3.17. müştəri vəfat etdikdə onun he­sabları və əmanətləri, habelə bank saxlancın­da olan əmlakı barədə məlumatlar (icraatında olan vərəsəlik işləri üzrə – notariuslara, ha­belə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə münasibətdə).”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları