Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 92 Bakı şəhəri, 20 fevral 2024-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə qiymət­li kağızlarının emissiyası və tədavülü Qaydaları”nda və 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Ni­zamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Res­publikası Prezidentinin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respubli­kasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 14 iyul tarixli 566 nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respubli­kasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 820 nömrəli fər­manlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 2265 nömrəli Fər­manının 2-ci hissəsinə əsasən Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 422 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1739) ilə təsdiq edil­miş “Dövlət və bələdiyyə qiymətli kağızla­rının emissiyası və tədavülü Qaydaları”n­da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2.8-ci yarımbəndə “Mərkəzi Bankı” sözlərindən sonra “(bundan son­ra - Mərkəzi Bank)” sözləri əlavə edilsin;

1.2. 2.1-ci bənddə “Azərbaycan Res­publikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata)” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.3. 2.3-cü (hər iki halda), 2.9-cu, 2.10-cu, 2.11-ci və 3.18-ci bəndlərdə ismin müvafiq hallarında “Palata” sözü ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.4. 2.9-cu bənddə “20 (iyirmi)” sözlə­ri “10 (on)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2019, № 12, maddə 2056 (Cild I) ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”nin 5.7.9-cu yarım-bəndi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları