Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 90 Bakı şəhəri, 13 fevral 2024-cü il

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrü­fatı texnikası sahəsində dövlət nəzarə­tini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanla­rının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazla­rının və digər xüsusi vasitələrin siya­hısının təsdiq edilməsi haqqında 

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsas­namənin təsdiq edilməsi barədə” Azər­baycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1460 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını tə­min etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır: 

1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfa­tı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təs­viri və təchizat norması” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Kənd təsərrüfatı texnikası sahə­sində dövlət nəzarətinin həyata keçi­rilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etsin; 

3.2. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Azərbaycan Respublika­sının Maliyyə Nazirliyinə təqdim etsin; 

3.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi­nin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçiləri­nin xüsusi geyim forması, fərqlənmə ni­şanları, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələr ilə təminatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazir­liyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçirilir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları