№ 77 Bakı şəhəri, 8 fevral 2024-cü il
“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 64 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 12 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 28-ci hissəsində “mətbuatda və digər kütləvi məlumat vasitələrində” sözləri “mediada, o cümlədən mətbuatda” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 23 mart tarixli 47 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 202 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Əsasnaməsi”nin 4.6-cı bəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada dərc etməklə (yayımlamaqla)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 123 (Cild I) ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.2-ci bəndinin beşinci abzasının ikinci cümləsində “verilişlərindən” sözü “proqramlarından” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583 (Cild I) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:
4.1. “XXXI. Rabitə” bölməsinin 5-ci bəndində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin;
4.2. “XXXIII. Mədəniyyət müəssisələri, təşkilatları və idarələri” bölməsi üzrə:
4.2.1. “Kinostudiyalar, kinosurətiçıxaran istehsalat, kinofikasiya, kinoprokat, televiziya, radio və teatr-tamaşa müəssisələri” hissəsi üzrə:
4.2.1.1. 24-cü bənddə “Televerilişlərdə” sözü “Televiziya proqramlarında” sözləri ilə əvəz edilsin;
4.2.1.2. 47-ci bənddə “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin;
4.2.1.3. 54-cü bənddə “Radiotelemərkəz (telemərkəzlər) və teleradio şirkətlərində radioverilişlərin” sözləri “Televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;
4.2.1.4. 68-ci bənddə “Televiziya və radioverilişləri üzrə televiziya və radioverilişləri diktoru” sözləri “Televiziya və radio proqramları üzrə diktor” sözləri ilə əvəz edilsin;
4.2.1.5. 69-cu bənddə “radioverilişlərində” sözü “radio proqramlarında” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 963 (Cild I) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununun “XXIX. MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ, TƏŞKİLATLARl VƏ İDARƏLƏRİ” bölməsinin “Kinostudiyalar, kino surəti çıxaran istehsalat, kinofikasiya, kinoprokat, televiziya, radio və teatr-tamaşa müəssisələri. Bədii-istehsal heyəti” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci bənddə “verilişləri üzrə televiziya və radio verilişləri” sözləri “proqramları üzrə” sözləri ilə əvəz edilsin;
5.2. 2-ci bənddə “verilişlərində” sözü “proqramlarında” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254 (Cild I) ilə təsdiq edilmiş “Dövlət sirrinin yayılmasının qarşısının alınması Qaydası”nın 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci abzasında və 6-cı hissəsinin birinci cümləsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 537 (Cild I) ilə təsdiq edilmiş “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın “Giriş” bölməsinin beşinci abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
8. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 542 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1-1-ci hissə ləğv edilsin;
8.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:
8.2.1. 2.1.2-ci yarımbənddə “teleradio” sözü “audiovizual rəqəmli yayım” sözləri ilə əvəz edilsin;
8.2.2. 2.1.5-ci yarımbənddə “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin;
8.2.3. 2.1.6-cı və 4.1.5-ci yarımbəndlərdən “(verilişlərin)” sözü çıxarılsın;
8.2.4. 2.1.8-ci yarımbənddə “Televiziya və radio yayımı haqqında” sözləri “Media haqqında” sözləri ilə əvəz edilsin;
8.2.5. 3.1.1-ci yarımbənddə “verilişlərini” sözü “proqramlarını” sözü ilə əvəz edilsin;
8.2.6. 3.1.5-ci yarımbənddə “verilişləri fondu üçün proqramların çəkilişini” sözləri “proqramları fondu üçün çəkilişi” sözləri ilə əvəz edilsin;
8.2.7. 3.1.9-cu və 4.1.3-cü yarımbəndlərdə “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin;
8.2.8. 3.1.15-ci yarımbənddə “verilişlər” sözü “proqramlar” sözü ilə əvəz edilsin;
8.2.9. 3.1.17-ci və 4.1.7-ci yarımbəndlərdə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;
8.2.10. 3.1.18-ci və 4.1.2-ci yarımbəndlərdə “teleradio verilişlərinin” sözləri “televiziya və radio proqramlarının” sözləri ilə əvəz edilsin;
8.2.11. 4.1.17-ci yarımbənddə “verilişlərinin proqramının” sözləri “proqramlarının” sözü ilə əvəz edilsin;
8.2.12. 4.1.18-ci yarımbənddə “teleradio məhsullarını” sözləri “audiovizual məhsullar” sözləri ilə əvəz edilsin;
8.2.13. 4.1.22-ci yarımbənddə “teleradio məhsulları” sözləri “audiovizual məhsullar” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 39 (Cild I) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
9.1. 2.3-cü bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
9.2. 5.2-ci bəndin ikinci cümləsində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 47) ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nın “Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər” bölməsinin “III. Qanın və qan komponentlərinin donorluğunun təbliği” hissəsinin 8-ci sətrinin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 198 (Cild I) ilə təsdiq edilmiş “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nın 3-cü hissəsində “kütləvi və digər informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 177 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 644 (Cild I) ilə təsdiq edilmiş “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın “Tədbirlər Proqramının həyata keçirilməsi Planı” bölməsinin 7-ci sətrinin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə, “İcraçılar” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 56 (Cild I) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “33. İncəsənətin xüsusi sahələri” hissəsinin yeddinci abzasında “teleradio verilişlərinin” sözləri “televiziya və radio proqramlarının” sözləri ilə, səkkizinci abzasında “teleradionun” sözü “televiziya və radionun” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182 (Cild I) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 1.9-cu bəndində “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 8 oktyabr tarixli 160 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1020 (Cild I) ilə təsdiq edilmiş “Atçılığın inkişafı üzrə Proqram”ın “5. Proqramın icrasının monitorinqi və qiymətləndirilməsi” hissəsinin ikinci cümləsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1189 (Cild I) ilə təsdiq edilmiş “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin 2-ci hissəsinin “Qeyri-yaşayış sahələrinin təyinatı” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 590 (Cild I) ilə təsdiq edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin 2.1.2-ci yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 20 sentyabr tarixli 223 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 870 (Cild I) ilə təsdiq edilmiş “Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram”ın “5. Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram üzrə Tədbirlər Planı” hissəsinin 5-ci sətrinin “Tədbirlərin adı” sütununda “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 735 (Cild I) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın 4.4.1-ci yarımbəndinin yeddinci abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 935 (Cild I) ilə təsdiq edilmiş “İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları”nın 2.15-ci bəndinin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, 4.3-cü bəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695 (Cild I) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.4-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829 (Cild I) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.2.3-cü yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 223 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1050 (Cild I) ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı”nın “4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər”in 4.2-ci bəndinin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələri ilə” sözləri “Mediada” sözü ilə əvəz edilsin.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 225 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1052) ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın “4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər”in 5.3-cü bəndinin “Tədbirlərin adı” sütununda “Kütləvi informasiya vasitələri ilə” sözləri “Mediada” sözü ilə, “İcraçılar” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 233 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1115) ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın “4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər”in 1.3-cü bəndinin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələri ilə” sözləri “Mediada” sözü ilə əvəz edilsin.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 816 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları”nın 2.4-cü bəndində “digər kütləvi informasiya vasitələrinin köməyi ilə” sözləri “media ilə” sözləri ilə əvəz edilsin.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 16 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
27.1. “II. Təhsil müəssisələrinin maddi-texniki təchizatına dair vahid normalar”ın 1.19-cu bəndinin birinci və üçüncü cümlələrində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin;
27.2. “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” üzrə:
27.2.1. 1.6.22-ci yarımbəndin birinci cümləsində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə, ikinci cümləsində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə, dördüncü cümləsində “veriliş” sözü “proqram” sözü ilə əvəz edilsin;
27.2.2. 1.6.23-cü yarımbəndin birinci cümləsində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin;
27.3. 31 nömrəli cədvəldə “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1018 (Cild I) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
28.1. 2.3-cü bəndin birinci cümləsində və 3.3-cü bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
28.2. “Qeyd” ləğv edilsin.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.48-ci bəndinin üçüncü cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 337 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın 3.5-ci bəndində “digər kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1125 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
31.1. 7.2.2.1-ci yarımbənddə “proqramlar üçün verilişlərin” sözləri “proqramların” sözü ilə əvəz edilsin;
31.2. “Qeyd” ləğv edilsin.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 192) ilə təsdiq edilmiş “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram”ın “4. İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqramın həyata keçirilməsi ilə bağlı 2014-2016-cı illər üçün Tədbirlər Planı”nın 4.3.1-ci yarımbəndinin “Tədbirlərin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 203; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar”ın 1.29.4-cü yarımbəndində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1575 (Cild I) ilə təsdiq edilmiş “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın 2.2-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 358 (Cild I) ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın “4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.1-ci yarımbəndinin “İcraçı təşkilatlar” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 100 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 773 (Cild I) ilə təsdiq edilmiş “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
36.1. 1.2-ci bənddən, 2-ci hissənin adından, 2.1-ci və 2.10-cu bəndlərdən “(verilişlərində)” sözü çıxarılsın;
36.2. 2.2-ci bənddən “(verilişinin)” sözü çıxarılsın;
36.3. 2.8-ci bənddən “verilişlərdə” sözü çıxarılsın;
36.4. 2.9-cu bənddə “verilişlərində” sözü “proqramlarında” sözü ilə əvəz edilsin və həmin bənddən “(verilişlərdə)” sözü çıxarılsın.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın 14-cü hissəsi ləğv edilsin.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 may tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 989) ilə təsdiq edilmiş “Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nın 2.7-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1233 (Cild I) ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in 1.3-cü bəndinin ikinci cümləsində və 3.1-ci bəndində “digər kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1904 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.2.7-ci yarımbəndindən “təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən” sözləri çıxarılsın.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 may tarixli 192 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1103) ilə təsdiq edilmiş “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nın 3.1.3-cü yarımbəndində “kütləvi informasiya vasitələrində, o cümlədən” sözləri “mediada, habelə” sözləri ilə əvəz edilsin.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 17 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”də aşağıdakı dəyişikliklər edilsin:
42.1. “222410. “İcarə və muzdlu xidmətlər” maddəsində “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin;
42.2. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsində “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2183) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
43.1. 2.9-cu və 2.11-ci bəndlərdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
43.2. həmin Qaydaya 10 nömrəli əlavə - “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin nəticələri haqqında müsabiqə komissiyasının Protokolu”nun 3-cü hissəsində “kütləvi informasiya vasitəsinin” sözləri “media subyektinin” sözləri ilə əvəz edilsin.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536 (Cild I) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 1.9-cu bəndində və 4.6-cı bəndinin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 293 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1316) ilə təsdiq edilmiş “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi”nin 3.1.9-cu yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1357 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 yanvar tarixli 41 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
46.1. 1.1-ci bənddə “kütləvi informasiya vasitələrində” sözləri “media məhsullarında” sözləri ilə əvəz edilsin;
46.2. 2.2.2-ci yarımbənddə “verilişlərdə” sözü “proqramlarda” sözü ilə, “elektron kütləvi informasiya vasitələrində” sözləri “onlayn media məhsullarında” sözləri ilə əvəz edilsin;
46.3. 2.2.3-cü yarımbənddə “elektron kütləvi informasiya vasitələrində” sözləri “onlayn media məhsullarında” sözləri ilə əvəz edilsin;
46.4. 3.1.3-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media subyektlərində” sözləri ilə əvəz edilsin.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1450 (Cild I) ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın 3.1-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 sentyabr tarixli 418 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1572 (Cild I) ilə təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın 1.2-ci bəndində “Kütləvi informasiya vasitələri haqqında” sözləri “Media haqqında” sözləri ilə əvəz edilsin.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 oktyabr tarixli 425 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1672 (Cild I) ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 4.2.2-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 487 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 fevral tarixli 66 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın “5. Texniki və texnoloji ixtisaslar qrupu” hissəsinin 5.68-ci bəndinin “İxtisasların şifri və adı” sütununda “Teleradioyayım” sözü “Televiziya və radio yayımı” sözləri ilə əvəz edilsin.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 816) ilə təsdiq edilmiş “Məhkəmə ekspertinin etik davranış kodeksi”nin 2.13.1-ci yarımbəndində “kütləvi informasiya vasitələrində, o cümlədən” sözləri “mediada,” sözü ilə əvəz edilsin.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 364 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1236) ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nın 1.5-ci bəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
53. “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 oktyabr tarixli 390 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1217) 2.2.6-cı yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli 251 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 1090) ilə təsdiq edilmiş “Ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin 2.3.11-ci yarımbəndinin “Xidmətin adı” sütununda “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin.
55. “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 64 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 310 (Cild I) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri