Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 190 Bakı şəhəri, 12 iyun 2023-cü il

“Azərbaycan Respublikası Ener­getika Nazirliyinin kollegiyasının tər­kibi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Res­publikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edil­miş “Azərbaycan Respublikasının Ener­getika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1296; 2017, № 11, maddə 2139; 2018, № 2, maddə 353; 2021, № 7, maddə 870; 2022, № 3, maddə 270) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “10” rəqəmləri “11” rəqəmləri ilə əvəz edilsin.

2. “Kollegiyanın üzvləri:” bölməsi üzrə:

2.1. beşinci abzasda “elektroenerge­tika və enerji səmərəliliyi” sözləri “elektrik və istilik enerjisi” sözləri ilə əvəz edilsin;

2.2. altıncı, yeddinci abzaslar müvafiq olaraq yeddinci, səkkizinci abzaslar he­sab edilsin və aşağıdakı məzmunda altın­cı abzas əlavə edilsin: 

“Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi şö­bəsinin müdiri;”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları