Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Syerra-Leone Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Mən Azərbaycanın son illərdə əldə etdiyi mühüm tərəqqini, həmçinin xalqınızın gücünü və qətiyyətini yüksək dəyərləndirirəm. Daim irəliyə doğru addımlayan xalqınıza sarsılmaz birlik ruhu, davamlı əmin-amanlıq və firavanlıq diləyirəm.

Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Hökumətinə və xalqına isə rifahla bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Culius Maada Bio

Syerra-Leone Respublikasının Prezidenti

Məktublar