Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bakı Yeparxiyasının ruhaniləri ilə birlikdə mərhəmətli Yaradana dualar edirəm ki, kədərlənənlərin və yaralananların qəlbinə təsəlli bəxş etsin, bu faciənin təsirinə məruz qalan insanların hamısına güc versin.

Dərin hörmətlə,

 

 

Kirill

Moskvanın və Bütün Rusiyanın Patriarxı

Məktublar