Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

post-img

Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

2024-cü ildə Azərbaycanın Banqkokda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Tailand arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2024-cü il

Məktublar