İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə

post-img

Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlarda əməkdaşlığımız daha da genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Məktublar