İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən fərəh duyur, Sizə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə maraqlı olduğumuzu təsdiq edirəm.

Dərin hörmətlə,

 

Əbdüllətif Camal Rəşid

İraq Respublikasının Prezidenti

Məktublar