Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qətər Dövlətinin adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, ölkənizə və qardaş xalqınıza daha çox rifah və inkişaf, eləcə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin davamlı inkişafını diləyirəm.

Dərin hörmətlə,

 

Şeyx Təmim bin Həməd Al Tani

Qətər Dövlətinin Əmiri

Məktublar