UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuradan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm. Uzaqgörən rəhbərliyinizlə son iyirmi ildə bir çox sahələrdə böyük irəliləyişlərin əldə olunmasını təqdir edirəm və Sizə xüsusi ehtiramımı bildirirəm. Siz Azərbaycanın beynəlxalq statusunu böyük dərəcədə yüksəldərək, həmçinin ölkənizdə genişmiqyaslı iqtisadi tərəqqiyə nail olaraq xalqınızın həyat səviyyəsini xeyli yaxşılaşdırmısınız.

2000-ci ilin aprelində cənab Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana səfərim çərçivəsində Sizinlə ilk görüşümü xatırlayıram. Sizin səmimi söhbətiniz həqiqətən məni heyran etdi. Bu səbəbdən də 2003-cü ildə prezident seçkilərində qalib gəldiyinizi eşidəndə çox sevindim.

Sizi bir daha təbrik edirəm. İnanıram ki, Siz Azərbaycanın beynəlxalq statusunun daha da yüksəldilməsi və ölkənin daha sürətli iqtisadi tərəqqiyə nail olması üçün praqmatik liderliyinizi davam etdirəcəksiniz.

Hörmətlə,

 

Koişiro Matsuura

UNESCO-nun sabiq baş direktoru

Məktublar