Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər və Mirqorod rayon təşkilatının sədri Zamir İsmayılovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər və Mirqorod rayon təşkilatının üzvləri adından ürəkdən təbrik edirik. Biz Vətəndən uzaqda olsaq da hər zaman Sizinləyik. Həyata keçirdiyiniz siyasət Azərbaycana və bütün dünya azərbaycanlılarına hər zaman böyük uğurlar gətirmişdir. İnanırıq ki, Sizin rəhbərliyinizlə bu uğurlar davamlı olacaqdır.

Cənab Prezident, fürsətdən istifadə edərək Ukraynaya göstərdiyiniz humanitar yardımlara görə Sizə minnətdarlığımızı bildiririk.

Sizə cansağlığı, gələn ilin fevralında keçiriləcək prezident seçkilərində müvəffəqiyyətlər arzulayırıq.

Yaşasın Azərbaycan!

Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

 

Zamir İsmayılov

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin
Mirqorod şəhər və Mirqorod rayon təşkilatının sədri

Məktublar