Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz atanızın layiqli varisi olaraq 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yüksək məsuliyyətlə çalışırsınız. Siz təcrübəli dövlət lideri, doğma ölkəsini hərarətlə sevən bir insan kimi onun sosial-iqtisadi inkişafına, cəmiyyətdə millətlərarası dialoqun və vətəndaş həmrəyliyinin dəstəklənməsinə böyük töhfə verirsiniz.

Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının ehtiyaclarına qayğıkeş münasibətə və konstruktiv qarşılıqlı fəaliyyətə görə Sizə minnətdaram. Ümidvaram ki, bu fəaliyyət gələcəkdə də insanların həyatında daimi əxlaqi dəyərlərin, xeyirxahlıq ideallarının və şəfqətin təsdiqlənməsinə kömək edəcəkdir.

Sizə möhkəm cansağlığı, daim ruh yüksəkliyi, sülh və Azərbaycan xalqının maraqları naminə gələcək fəaliyyətinizdə Uca Yaradanın köməyini arzulayıram.

Dərin hörmətlə,

 

Kirill

Moskvanın və Bütün Rusiyanın Patriarxı

Məktublar