İsveçrə Konfederasiyasının Prezidenti Alen Bersedən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

Alen Berse

İsveçrə Konfederasiyasının Prezidenti

Məktublar