Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçilərindən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın hökumətinə və xalqına Allah-Taaladan daha çox tərəqqi və rifah diləyirik.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini əsirgəmir.

Zati-alinizin Sərəncamına əsasən, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Bu münasibətlə Cəmiyyətimiz tərəfindən silsilə tədbirlər təşkil olunub və olunacaqdır.

Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!

Xahiş edirik, ən səmimi arzularımızı qəbul edin.

Dərin hörmətlə,

 

Əli Cümə
Misir Ərəb Respublikası parlamentinin
Dini işlər və vəqflər komitəsinin sədri, professor,
 
Usamə əl-Əbd
Misir parlamentinin Dini işlər və vəqflər
komitəsi sədrinin müavini, professor,
 
Əl-Seyyid Mahmud əl-Şərif
Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir
parlamenti sədrinin sabiq birinci müavini,
 
Yusif əl-Şərqavi
Misir Ərəb Respublikasının Azərbaycan
Respublikasındakı sabiq səfiri,
 
Adil Dərviş
Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət
Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru,
 
Bağdadi İmam
Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin Baş direktoru,
 
Tövhid Məhəmməd
müşavir, vəkil, Misir əl-Xeyir Fondunun hüquqi işlər üzrə direktoru,
 
Midhət Camal
general, Misir əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin rəhbəri,
 
Usamə Əbdürrəhman
Helvan Universitetinin professoru,
 
Mona Zidan
Helvan Universitetinin professoru,
 
Əhməd Əbdu Tarabek
Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist,
 
Mustafa Hicazi
"Orange" şirkətinin Baş direktoru,
 
Seymur Nəsirov
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və
Misirdəki Azərbaycan diasporunun sədri

Məktublar