16 aprel 2026-cı il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda görkəmli ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı açdı, qonaqları salamladı, tədbir haqqında məlumat verdi.
Dövlət himnimiz səsləndirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Söz Hüseyn Saraçlının tədqiqatçısı Rəşad Saraçlıya verildi. O, qeyd etdi ki, Hüseyn Saraçlı yaradıcılığı geniş təbliğ olunmalıdı. Onun zəngin arxivi var. Hələ işıq üzü görməyən dastanları, şeirləri, ona ünvanlanan saysız məktubları Hüseyn Saraçlısevərləri gözləyir.
Tədbirdə ustad aşıq Cahangir Quliyev, Fikrət Borçalı ustadın sözlərini saz havası üstə ifa etdilər. Fərman Bədəlov, Fərizxan Cəfərov, Zəlimxan Borçalı, Yaşar Kamaloğlu, Azad Ədbülrəhmənov Hüseyn Saraçlı haqqında xatirələrini danışdılar, şeirlərini səsləndirdilər.
Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39- cu ildönümünə həsr olunmuş tədbir aşıq Cahangir Quliyevin ifasında müxəmməs saz havası ilə sona çatdı.



.jpeg)
.jpeg)
