Bakı məktəblilərinin Aktau uğuru

post-img

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına Onbirillik İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdləri “Aktau 2025-Türk Dünyası Mədəniyyət Paytaxtı” çərçivəsində keçirilən “Türk dünyası ənənəvi uşaq oyunları” rəsm müsabiqəsində uğurla iştirak ediblər.

Müsabiqədə məktəbin şagirdləri Fatimə Rəsulzadə 1-ci yerə, Məryəm Məmmədli 3-cü yerə layıq görülüblər. Onların müəllimi rəssam Elmar Ağamirzədir.

Müsabiqənin qalibləri TÜRKSOY-un Baş katibi Sultan Raev və Aktau şəhəri rəhbərliyi tərəfindən qiymətli hədiyyələr və diplomla mükafatlandırılıblar.

XQ

Mədəniyyət