Bu ilin ilk 6 ayında 29 film dövlət reyestrində qeydiyyatdan keçib

post-img

Ölkə daxilində istehsal olunan, eləcə də respublikaya gətirilən hər bir film kütləvi nümayişə çıxarılırsa, kinoteatrlarda nümayiş etdirilirsə, dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Əks halda həmin filmlərin nümayişi “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadağan edilir.

AZƏRTAC xəbər verir ki, bu ilin ilk 6 ayında dövlət reyestrində 29 yerli film qeydiyyatdan keçib. Bunların 12-si sənədli, 11-i tammetrajlı bədii, 6-sı isə qısametrajlı bədii filmdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 28 olub.

Qeyd edək ki, filmlərin dövlət reyestri bu mənada həm də statistik informasiya mənbəyi kimi dəyərlidir. Reyestrdəki siyahı ilə tanış olduqda ölkə ərazisində həmin dövrdə istehsal olunmuş filmlərlə bağlı məlumat əldə etmək mümkündür.

Mədəniyyət