Əvvəlcə, mərhum rəssam Əsgər Əsgərovun "Qurd qapısı" ərazisində olan məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Daha sonra, "Mərkəzi Botanika bağı"na gəzinti təşkil olunub. Orada olan nadir bitkilərlə tanışlıq olub, xatirə fotoları çəkilib.
Ardınca, Abşeron yarımadasında yerləşən, "Şahdili" adlanan əraziyə ziyarət təşkil olunub. Sonra, qrup üzvləri Şüvəlanda yerləşən Xalq rəssamı Arif Əzizin "Arif Aziz Art House" adlı rəsm qalereyasını ziyarət ediblər. Qalereyada rəssamın əsərləri ilə tanış olub öz təəsüratlarını bölüşüblər.
AZMİU-nun dosenti, qrupun rəhbəri Gülağa Ələsgərov çıxış edərək, qrup üzvlərini salamlayıb. Daha sonra, "Təxəyyül Art Group" un müavini Vüsalə Yunusova qrupun yaranma tarixindən qısa məlumat verib. Xalq rəssamı Arif Əziz qrup üzvləri ilə tanışlığından məmnun olduğunu bildirib. Sonda, "Təxəyyül Art Group"un təsisçisi, AZMİU-nun dosenti və qrupun lideri xalçaçı-rəssam Natiq Nəcəfzadə Xalq rəssamına Təşəkkürnamə və qrupun "1 illik yubiley kitab-kataloqu" nu təqdim edib. Qrupun üzvlərinə isə Sertifikatlar təqdim edilib, xatirə fotosu çəkilib.
Görüşün bədii hissəsində gənc aşıq Nərmin Cəlalzadə öz ifası ilə qonaqları şənləndirib. Rəssam, qrafik dizayner Vüsalə Yunusova royalda ifa edərək qrup üzvlərinin birgə mahnı ifa etməsi ilə görüşə daha da rəngarənglik qatıb.