İslamabadda Azərbaycanın Müstəqillik Günü mərasimi

post-img

İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə ziyafət təşkil edilib. Tədbirdə Pakistanın Federal Neft Naziri Əli Perviz Malik də iştirak edib.

Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təşkil olunan qəbulda Pakistanın Sind əyalətinin qubernatoru Kamran Tessori və Xeyber-Paxtunxva əyalətinin qubernatoru Faysal Kərim Kundi, iqlim dəyişikliyi üzrə keçmiş nazir, senator Şerri Rəhman və digər nüfuzlu şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu vurğulayıb.

O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Pakistanın rolunu yüksək qiymətləndirib və qeyd edib ki, Pakistan 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.

XQ

Mədəniyyət