Sankt-Peterburqda “Babalarımızın yadigarı – papaq” layihəsi çərçivəsində tədbir keçirilib

post-img

2025-ci il mayın 17-də Sankt- Peterburqda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Biirliyi və Rusiyada yaşayan dəyərli həmyerlimiz Zivər Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə Rusiya Milli Kitabxanasında “Babalarımızın yadigarı – papaq” layihəsi çərçivəsində maraqlı bir tədbir baş tutdu.

Tədbirdən öncə Zivər Zeynalovanın toxudiğu, tikmə əl işləri, Güllü Eldar Tomarlının 100 qədimi və müasir  kəlağayıları, milli papaqlarının sərgisi ilə tanışlıq oldu.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Zivər  Zeynalova  qonaqları salamladı, layihənin mahiyyətindən danışdı,  belə tədbirlərin mədəniyyətimizin  inkişafı yolunda çox vacib olduğunu  qeyd etdi. Azərbaycandan uzaqlarda belə mənəvi dəyərlərimizə həsr olunmuş
 tədbirlər, təbliğatlar o qədər gözəldir ki, bir azərbaycanlı xanımı kimi  fəxr edirəm.

Rusiya Federaiyasının və Azərbaycan Respublikasının dövlət himni səslənfd irildi. Vətən yolunda canından keçən şəhidlırimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra söz Güllü Eldar Tomarlıya verildi. O, məmnunlu qla qeyd etdi ki, Zivər Zeynalovanın həyata keçirdiyi layihə  Mirvarid Dilbazi Poeziya Məclisinin çoxşaxəli fəaliyyətinin, milli dəyərlərimizdən bəhs edən tədbirlərin davamıdır. Bu günün davamı isə Moskva Milli Muxtariyyatın dəvəti və təşkistçılığı ilə 23 mayda Moskvada keçiriləcək.

Tədbirdə milli rəqslərimiz, musiqilərimiz, papaq və kəlağayı haqqında ədəbiyyat nümunələri səsləndirildi, milli papaq simvolikasının tarixi və mənəvi əhəmiyyəti barədə çıxışlar oldu, həmçinin iştirakçılar arasında fikir mübadiləsi aparıldı.

Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin, xüsusilə də qədim papaq ənənəsinin gənc nəslə tanıdılması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi idi. 

Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyan bu tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

Tədbir ''Qarabağ'' mahnısı ilə sona çatdı.









Mədəniyyət