Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Bakıda təntənəli tədbir keçirilib

post-img

Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Gənclər Mərkəzi və Antalya Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda təntənəli tədbir keçirilib.

Görüşdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Gənclər Mərkəzinin, Antalya Gənclik Xidmətlərinin nümayəndələri, eləcə də Antalya Gənclər Evlərinin əməkdaşları, gənc liderlər və yeniyetmələr iştirak ediblər. 

Tədbir çərçivəsində hər iki ölkənin istedadlı gənclərinin iştirakı ilə keçirilən “İki bayraq, bir ruh” adlı rəsm sərgisinin qalibləri mükafatlandırılıb. Yığıncaq hər iki ölkənin xalq rəqsləri, şeirləri və mahnılarından ibarət bədii proqramla davam edib.









Mədəniyyət