“Event office” və “Atlantis yapım”ın təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində türkiyəli sənətçi, pop ulduz Mabel Matiz canlı konsert proqramı ilə çıxış edib.
Hər mahnısı hit olan, musiqi siyahılarında zirvələrdə yer alan türkiyəli müğənni azərbaycanlı musiqi sevənlərinə əyləncəli anlar yaşadıb. Onun səhnədəki performansı və maraqlı söhbətləri tamaşaçılarda unudulmaz xoş ovqat yaradıb. Unikal səsi ilə seçilən Mabel Matiz oxuduğu və dillər əzbərinə çevrilən musiqiləri ilə izləyicilərin qəlbini bu dəfə də fəth edə bilib.
Qeyd edək ki, əsl adı Fatih Karaca olan türk müğənnisinin səhnə adı "Kumral Ada Mavi Tuna" romanındakı "Tuna" obrazının adından götürülüb. "Mabel" ləqəbi qədim yunanca "çox sərxoş, sevən insan" mənasını verən matiz sözünün birləşməsindən yaranıb. Müxtəlif illərdə "İlin ən yaxşı musiqiçisi", "İlin ən yaxşı kişi sənətçisi", "Ən yaxşı kişi pop musiqi sənətçisi" və başqa mükafatlara layiq görülüb.
Aynur İsmayılova
Fidan Salmanova
XQ