O gecə güllələr bütün ölkəyə dəydi...

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilən anım mərasimi keçirilib.

Ölkəmizdəki dini və milli icmaların nümayəndələrinin iştirak etdikləri mərasimi mərkəzin icraçı direktoru Rəvan Həsənov açaraq 20 Yanvar faciəsinin Azərbaycan tarixinin hüznlü, eyni zamanda, şərəfli səhifələrindən biri olduğunu qeyd edib. O, diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu hadisə nəticəsində çoxlu  şəhid versə də, onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.   

Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, 20 Yanvar hadisələri  Azərbaycanda demokratiya və milli azadlıq uğrunda mübarizəni boğmaq məqsədilə gerçəkləşdirilsə də, xalqımız Vətənin suverenliyi və bölünməzliyi uğrunda möhkəm dayandı. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvarda və sonrakı günlərdə şahidi olduğu acı gerçəklərlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimr Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina və “Samur” Ləzgi Mərkəzinin sədri İmran Rzayev 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu diqqətə çatdırıblar.

XQ

Mədəniyyət