Mədəniyyət naziri Şamaxıda vətəndaş qəbulu keçirəcək

post-img

Mədəniyyət naziri Adil Kərimli yanvarın 17-si saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) vətəndaş qəbulu keçirəcək.

Nazirlikdən bildirilib ki, qəbulda Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar yanvarın 13-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Mədəniyyət