“Maralların axtarışında”

post-img

Gəncə Dövlət Milli Dram Teatrında “Yeni il” ilə əlaqədar gənc yazıçı Elçin Məhərrəmin “Maralların axtarışında” adlı pyesi səhnələşdirilib. Tamaşa bayram günlərində teatrsevərlərə təqdim olunub. 

Quruluşcu rejissor Şahmar Məmmədovun hazırladığı səhnə əsəri rəngarəng səhnə tərtibatı, peşəkar aktyor oyunu və maraqlı rejissor işi ilə seçilir.

Tamaşa Şaxta babanın Qar qızla birgə, itmiş marallarını axtarması ilə başlanır. Bu axtarış onları Azərbaycana gətirib çıxarır. Burada onlar Novruz-un simvolları olan Kosayla Keçəl, zaman maşınını icad etmiş çılğın professor Braun və onun köməkçisi İlanla, həmçinin məşhur dedektiv Şerlok Holms və cizgi film qəhrəmanı Tıq-tıq xanımla qarşılaşırlar. Həmin personajlar da bu axtarışın bir parçasına çevrilirlər.

Tamaşanın quruluşçu rəssamı isə Vahab Cəfərovdur. Rolları teatrın aktyor heyəti - Ruslan Hüseynov, Zeynəb Hüseynova, Murad Meyfalıyev, Elmir Məmmədov, Həsən Cəfərov, Fərid Vəliyev, Emil Salmanov, Aysu Kəngərli, Fatimə İbrahimova və başqaları ifa edirlər. 

Fidan SALMANOVA
XQ





Mədəniyyət