Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı sərgi açılıb

post-img

Milli Kitabxanada Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair-tərcüməçi İlyas Tapdığın 90 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə yazıçının böyük ustalıqla qələmə aldığı əsərləri, dünya ədəbiyyatından tərcümələri, “Ön söz”, tərtib və redaktə etdiyi kitablar yer alıb.

Həmçinin onun həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərində ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Mədəniyyət