Sloveniyanın Nova-Qoritsa şəhərində “Uzaq sahillərdə” bədii filminin ilk dəfə sloven dilində nümayişi olub.
“Mixaylo” ləqəbi ilə tanınan əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1918–1944) vəfatının 80 illiyinə həsr olunmuş tədbir Şempas qəsəbəsinin mədəniyyət mərkəzində keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə tərcümə edilmiş filmin nümayişi Azərbaycan–Sloveniya Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə reallaşıb. Filmi tamaşaçılara AKİ-nin katibi Tahir Tahiroğlu təqdim edib.
Yerli ictimaiyyətin nümayəndələrinin və veteranların iştirakı ilə keçirilən tədbir maraqla qarşılanıb.
XQ