M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Avstriya bəstəkarı Anton Bruknerin 200 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib.
Proqramda Anton Bruknerin 4 nömrəli simfoniyası “Romantik” (WAB104) səslənib.