"Kəlağayı Festivalı" keçiriləcək

post-img

Suraxanı  Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə 24 sentyabr,  2024-cü ildə, ''Sazlı Sözlü Kəlağayı Günləri''- layihəsi çərçivəsində ''Kəlağayı Festivalı'' keçiriləcək.

Festival Suraxanı rayonu, ,Hövsan parkında keçiriləcək. Saat 11: 00-dan 12:00 -yə qədər sərgi ilə tanışlıq olacaq. Saat 12:00 -da rəsmi açılış, sonra möhtəşəm konsert proqramı olacaq. Konsertdə dövlət qurumlarından nümayəndələr, KİV nümayəndələri, tanınmış müğənnilər, aşıqlar, şairlər iştirak edəcək. Elliklə el bayramı keçirəcəyik. Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının  kəlağayılarının nümayişi və kəlağayıların  satışı olacaq. 

Kəlağayımız 2014- cü ildə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilmişdir və beynəlxalq səviyyədə tanıdılmışdır. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, rayonların  İcra Hakimiyyətlərinin dəstəyi ilə ''Sazlı Sözlü Kəlağayı  Günləri'' - layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və ilin sonuna qədər keçiriləcək. Bakı şəhəri, Xətai r ayonunda, Şuşa şəhərində, Gədəbəydə də ''Kəlağayı Festivalı'' bu il keçirilib. Final ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' - günü olacaq. Dekabrda ilboyu keçirilən tədbirlərin hesabatını verəcəyik. Allah kömək olsun.

Hər kəs sentyabrın 24-də keçiriləcək möhtəşəm "Kəlağayı Festivalı" na dəvətlidir. Giriş sərbəstdir.

Mədəniyyət