“Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub

post-img

“Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun ortaq layihəsi olan “Mir Cəlal "Nizami Gəncəvi dünyası" kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriya nəşrlərinin bir hissəsidir. Bu seriyadan ilk nəşr Prezident İlham Əliyevin Sərəncamı ilə bu il 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilən təqdimat mərasimində görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar, eləcə də türk dünyasının Bakıdakı diplomatik korpusunun nümayəndələri və aparıcı media üzvləri iştirak ediblər.













Mədəniyyət