'''Azərbaycan kəlağayılarının təbliği '' layihəsini yekun olaraq Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirdik . Layihə 2024-cü il Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi oldu. Layihə çəçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Bakıda, son olaraq Şamaxıda azərbaycan kəlağayıları təbliğ olundu, '' Kəlağayı Ev Muzeyi'' nin 200 qədimi kəlağayıları, əl işləri, nənələrdən əmanət tikmələr sərgiləndi, kəlağayıdan bəhs edən şeirlər səsləndirildi, saz havaları üstündə mahnılar oxundu.
Şamaxıda keçirilən tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, milli
dəyərimiz olan kəlağayıların keçmişindən, bu günündən danışdı. Vətənimizimizin ərazi büttövlüyü uğrunda canından, qanından keçən şəhidlərimiz 1dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirildi.
O, qeyd etdi ki, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində kəlağayımız 2014-cü ildə Yuneskonun Qeyri madd i mədəni irs üzdə Reptezentativ siyahısına daxil olub. Bu əlamətdar günün- ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' -nün 10 illik yubileyidir. Həm də Mehriban xanım Əliyevanın 60 illik yubiley təntənəsidir. Güllü Eldar Tomarlı bütün Şamaxılıar və Mirvarid Dilbazi Poeziya Məclisi adından təbrik etdi, ölkəmizin xoş.günləri naminə uğurlar dilədi.
Bu il möhtəşəmdir. Təkcə 26 noyabr günü yox, ilin hər günü ''Kəlağayı Günü'', kəlağayı bayramıdı. Çünki, qarşımıza məqsəd qoymuşuq. Böyük həvəslə.çalışırıq. Azərbaycan boyu kəlağayı festivallarımız, layihəmiz, ali məktəblərdə, ümumtəhsil məktəblərində uğurla həyata keçirilir. Xətai rayonunda, Şuşada keçirilən ''Kəlağayı Festivalı'' çox möhtəşəm, yadda qalan el bayramı oldu.
''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi də bir uğurdu.
Sonra Xalq artisti, professor İlham Namiq Kamal, filologiya elmləri doktoru, türkoloq Aytən Qurbanova, Əməkdar Mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Almara Nəbiyeva, AMEA Folklor İnstitutunun Əməkdaşı Elmiyə Məmmədova, Ağdam şəhərinin Abdal- Gülablı kəndinin Nənə qızlar ansamblı və ən kiçik üzvü Ayla Əliyeva, Cavanşir Quliyevn rəhbərlik etdiyi ''Qarabağ'' aşıqlar qrupunun üzləri- Azad Laçınlı, Şahin Borçalı, Polad Borçalı, folklorşünas Reyhan Rəsul, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri - Azadə Quliyeva, Könül İbrahimsoy, Zülfiyyə İsmayılova, Fatma Ayna, Şəhla, İsmayılova, və başqaları öz şeirləri, ifaları, çıxışları ilə məclisə xoş ovqat bəxş etdilər.
Sonda Güllü Eldar Tomarlı maddi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib. Kəlağayı keçmişimizin minillərdən bəri bizə ərmağan elədiyi ən ulu dəyərlərimizdən birinin simvoludur. Forma nə qədər dəyişsədə, zaman nə qədər dəyişsə də kökə-soya bağlılığımız dəyişməzdi heç zaman. Başı kəlağayılı analarımızın bizlərə laylasında, nağılında boyu görünüb kəlağayının. Xanımlığımızın, xatınlığımızın yaraşığıdır kəlağayı. Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmağa bənzəyir.
Kəlağayıdan yazmaq, kəlağayını yada salmaq, kəlağayı haqqqında tədbirlərin keçirilməsi, təşkil olunması, layihələrin qəbul olunması, uğurlu icrası milli-mənəvi dəyərlərimizin özümüzə qayıtmasına xidmət edir. Mən inanıram ki, kəlağayı çox-çox incə mətləblərdən xəbər verəcək. Gələcək qız- gəlinlərimizin başında tac olacaq.
Mən inanıram ki, kəlağayılar yaddan çıxıb sandıqlarda unudulmayacaq.
Şamaxıda final olaraq keçirilən 'Azərbaycan kəlağayılarının təbliği'' layihəsi Gültəkin Qarabağlının ifasında ''Qarabağ'' mahnısı ilə sona çatdı.
Azərbaycan kəlağayılarının təbliği '' layihəsinə yekun vuruldu
- Mədəniyyət
- 13:21 27.08.2024
- Oxunma sayı: 308
Açar sözlər:
Paylaş:
Mədəniyyət
Qaxda Kürmükoba bayramı
00:11 24.11.2024Uşaqların “Təbiətin rəngi” sərgisi
00:09 24.11.2024Qazax Teatrı Qazaxıstanda
00:08 24.11.2024Azərbaycan ilə Braziliya arasında turizm əlaqələri müzakirə olunub
15:53 23.11.2024Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
15:52 23.11.2024Moskvada Beynəlxalq Ədəbiyyat Forumu olacaq
15:34 23.11.2024Daşkənddə “Azərbaycanda Nar Festivalı” adlı tədbir keçirilib
02:09 23.11.2024Xankəndi şəhərində ilk solo konsert keçirilib
23:02 22.11.2024-
- 00:27 24.11.2024
-
- 00:26 24.11.2024
-
- 00:25 24.11.2024
-
- 00:24 24.11.2024
-
- 00:24 24.11.2024
-
- 00:22 24.11.2024
-
- 00:21 24.11.2024
-
- 00:21 24.11.2024
-
- 00:20 24.11.2024
-
- 00:18 24.11.2024
-
- 00:16 24.11.2024
-
- 00:13 24.11.2024
-
- 00:12 24.11.2024
-
- 00:11 24.11.2024
-
- 00:09 24.11.2024
-
- 00:08 24.11.2024
-
- 00:08 24.11.2024
-
- 00:07 24.11.2024
-
- 00:06 24.11.2024
-
- 00:05 24.11.2024
-
- 00:05 24.11.2024
-
- 00:02 24.11.2024
-
- 00:00 24.11.2024
-
- 23:49 23.11.2024
-
- 23:49 23.11.2024
-
- 23:48 23.11.2024
-
- 23:48 23.11.2024
-
- 23:47 23.11.2024
-
- 23:46 23.11.2024
-
- 23:19 23.11.2024
-
- 23:12 23.11.2024
-
- 23:08 23.11.2024
-
- 22:57 23.11.2024
-
- 22:00 23.11.2024
-
- 21:55 23.11.2024
-
- 21:23 23.11.2024
-
- 21:11 23.11.2024
-
- 20:49 23.11.2024
-
- 20:40 23.11.2024
-
- 20:07 23.11.2024