“100 il şərəfli ömür” “Fəxri ad” alıb

post-img

“Şollerin arxivi”, “Edam günü” və digər filmləri beynəlxalq festivallarda mükafatlar qazanmış ssenarist və rejissor Cəlaləddin Qasımov bu günlərdə daha bir uğura imza atıb. 

Müəllifin böyük mesenat Hacı Zeynalabdin Tağıyevdən bəhs edən 30 dəqiqəlik “100 il şərəfli ömür” bədii-sənədli filmi Kanadanın Toronto şəhərində keçirilən “Geniş Ekranlı Film və Musiqili Video” festivalında “Fəxri ad” mükafatına layiq görülüb. Eyni zamanda onun quruluşçu rejissor Amil Əlioğlu və quruluşçu operator Murad Nəzərli ilə birlikdə əsəyə gə­tirdiyi “İkinci ömür” tammetrajlı bədii filmin ssenarisi də eyni mükafata layiq görülüb.

Böyük mesenata həsr olu­nan filmin ssenari müəllifi, qu­ruluşçu rejissoru və baş pro­düseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeyna­labdin Tağıyevi geniş coğrafi­yada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. Xatırladaq ki, bi ekran əsəri bir müddət əvvəl Lissabon Film Festivalında da fərqlənərək sertifikata layiq görülüb. O zaman film həmin şəhərin Lusofona Universite­tində müqavilə üzrə 2 il tədris vəsaiti kimi tələbələrə nüma­yiş etdirilib. 

“Hacı Zeynalabdin Tağı­yev harada yaşamasından asılı olmayaraq, soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, iste­dadlı insanların yüksək təhsil alması üçün zəruri tarixi mis­siya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxudu­ğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriy­yəçi haqqında çoxlu məlumat­lar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bü­tün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitab­lar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevrilə­cək”, – deyə Cəlaləddin Qası­mov bildirib.

O, ekran əsərinin gələcək­də də müxtəlif beynəlxalq fes­tivallarda nümayişi haqqında düşünür. Hazırda isə “İkinci ömür” filmi üzərində işlər başa çatmaqdadır.

XQ

Mədəniyyət