Yeni Era Teatrı uşaqları yeni tamaşa ilə sevindirdi

post-img

Naxçıvanın “Yeni Era”teatrı bu dəfə “Animation Show 2" adlı  interaktiv uşaq tamaşası ilə teatrsevərlərin görüşünə gəlib.

2 iyunda milli dram teatrında oynanılan tamaşada uşaqların sevdiyi animasiya qəhrəmanları onlara maraqlı anlar yaşadıb.Tamaşada şər qüvvə olan  Cadunun uşaqların sevimli qəhrəmanları Şreki, Şirin babanı, Çəkməli Pişiyi və Mikini nə cür insana çevirməsi nümayiş olunur. Başqa bir səhnədə dostları Ağbənizi  sehirli alma ilə yatırıb  öz yeraltı səltənətinə apararaq uşaqların bayram sevincini əllərindən alırlar. Lakin xeyir qüvvəni təmsil edən Pərinin, Elfin və   uşaqların sevgisi, birliyi,dostluğu onları Cadunun tilsimindən xilas edir.
Tamaşanın məqsədi uşaqlara məhz  sevgini, dostluğu, dürüstlüyü və birlikdə güclü olmağı aşılamaqdır.









Mədəniyyət