Min nəfərin içərisindən Gəncə rəqqasları seçildi…

post-img

Gəncənin   “Xəmsə" Uşaq Rəqs Ansamblı “Azərbaycan Çempionatı - 2024” rəqs müsabiqəsinin  qalibi olub

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Çempionatı -  2024” rəqs müasbiqəsində mindən çox iştirakçı müxtəlif yaş qruplarında mübarizə aparıb.  

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sözügedən müsabiqədə Sənan Cavadovun rəhbərlik etdiyi "Xəmsə" Uşaq Rəqs Ansamblı da iştirak edib. Ansambl 6 rəqs nömrəsi ilə çıxış edərək bütün nominasiyalar üzrə qalib olub.

Müsabiqənin yekununda Sənan Cavadovun yetirmələri medallar və sertifikatlarla təltif olunublar.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Gəncə









Mədəniyyət