Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı çap olunub.
Kitabda müəllifin son illərdə yazdığı poeziya nümunələri toplanıb. Topluda yer alan nümunələr əsasən fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edir. Yeni kitabın yaxın zamanlarda Azərbaycanda və Türkiyədə imza günlərinin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, bu vaxta qədər İntiqam Yaşarın “İlk görüş” (Bakı-2012), “...və susarsan” (Bakı-2016), “Evdə yoxam”(Bakı-2016), “Bütün xatirələr sənə qalacaq”, “Təbriz” (2020) kitabları çap olunub.
Rizvan FİKRƏTOĞLU
XQ