1967- ci ildə  çəkilmiş Türk filmində üçrəngli Azərbaycan bayrağı

post-img

Sovet hakimiyyəti illərində Türkiyədə Azərbaycanın işğal altında olması barədə film çəkilib və filmdə  Azərbaycanın üçrəngli bayrağı əks olunub.

Bu barədə məlumatı Bakı Dövlət Universitetinin (BDU) müəllimi Səftər Rəhimli Facebook sosial şəbəkə hesabında paylaşıb.

Qeyd olunur ki, 1967-ci ildə çəkilən filmin əsas süjet xəttini Azərbaycanı azadlığına, müstəqilliyinə qovuşdurmaq və bunun üçün milliyyətçi gənclərin yetişdirilməsi təşkil edir. 

Filmdə Vətəndən mühacirət edən gənclər təşkilatlanmaq və müqəddəs amal uğrunda mübarizə aparmaq üçün üçrəngli Azərbaycan bayrağı üzərinə qoyulmuş “Qurani-Kərim”ə əl basaraq and içirlər. 

Anar TURAN

XQ

Mədəniyyət