Cavidin “Ana”sı Şuşa Teatrı səhnəsində

post-img

Şuşa Dövlət Musiqili Dram Teatrı sabah Hüseyn Cavidin “Ana” mənzum dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən teatrsevərlərin qarşısına çıxacaq.

Teatrdan bildirilib ki, səhnə əsərinin qu­ruluşçu rejissoru Əməkdar artist Loğman Kə­rimovdur.

Bütün yaradıcılığı boyu xeyirlə şərin mü­barizəsini təsvir edən Hüseyn Cavid “Ana” dramında Səlma ananın timsalında ümum­bəşəri dəyərlərə malik qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə, nə qədər sarsılsa da, “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mə­tanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakter baxımından yaddaşlarda dərin iz buraxır.

XQ

Mədəniyyət