Azərbaycanlı yazıçının pyesi Rusiyanın “Karabaz-Barabaz” teatrında səhnəyə qoyulub

post-img

Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında tanınmış azərbaycanlı uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında “Qarınqulu ayı balası” tamaşası səhnəyə qoyulub. Böyük ölçülü cəlbedici kuklaların iştirak etdiyi tamaşanın premyerası martın 30-da Ulyanovsk Uşaq və Gənclərin Yaradıcılıq Sarayında baş tutub.

Tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri, tanınmış rejissor-ssenarist Valeri Qriqoryev, rəssamı modelyer Marina Zavırilina, musiqi tərtibatçısı isə peşəkar bəstəkar-aranjemançı Vladimir Nikonovdur. Tamaşada həmçinin, dünya musiqi klassiklərinin məşhur əsərlərinə müəllif improvizələrindən də istifadə edilib.

Qeyd edək ki, sözügedən əsərdə əsas ideya heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir. 

Anar ƏLİ
XQ

Mədəniyyət