Salyanda məşhur Azərbaycan bəstəkarı və cazmeni Vaqif Mustafazadənin xatirəsinə həsr olunan “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin açılışı olub.
Salyan Dövlət Rəsm Qalereyasında açılan sərgidə Vaqif Mustafazadə də daxil olmaqla dünya caz ulduzlarının tanınmış simaları Frank Sinatra, Nina Simone, Carlz Lloyd kimi görkəmli cazmenlərin portretləri və caz kompozisiyaları yer alıb.
Yaradıcılıq sərgisində 7 peşəkar, 11 yeniyetmə və uşaq olmaqla, 18 nəfər rəssamın, ümumilikdə, 34 ədəd rəsm əsəri nümayiş olunur. Caz mövzulu tablolar əsasən portret və peyzaj janrındadır. Rəsm əsərlərində abstrakt, mazok, realizm üslubları qabarıq formada göstərilib.
XQ