Subayların sevgi hekayəsi

post-img

Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin məşhur “Subaylarınızdan görəsiniz” əsəri əsasında hazırlanan tamaşanın təqdimatı uğurla keçib. 

Səhnə əsərinə Xalq artisti Valeh Kərimov quruluş verib. Ko­mediya məişət əhvalatı üzərində qurulub. Bakıda təhsil alan Qən­dab kənddə yaşayan qonşusu Mayılla 1 ildir ki, məcburi nişanlıdır. Amma Qəndabın könlü Bakıda tanış olduğu Fəqan adlı bir oğlan­dadır. Bir gün Fəqan Qəndabın arxasınca kəndə gəlir və bu, ma­raqlı əhvalatların yaranmasına səbəb olur...

Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tər­tibatçıları Gülcahan Yusifova və Elnur Rəsulov, rejissor asistenti isə Məlahət Ağayevadır. Əsas rolları Afət Əliyeva (Səməni), Asim Məmmədov (Seyfi), Turqut Məsimli (Fəqan), Aytən Gəncəli (Qən­dab), Vəfa İsmayılova (Çiçək), Elvin Əkbərli (Mayıl) və başqaları oynayıblar.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Mədəniyyət