“PƏRİ CADU” Gəncə teatrının səhnəsində

post-img

Gəncə Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” tamaşasının premyerası olub.       

Tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Teatrın Baş rejissoru Elşad Əhmədovun quruluş verdiyi  “Pəri cadu” əsəri magik rеalist bir əsərdir. Buradakı obrazlar tapdalanmış qürurlarını təmin etmək üçün ağlasığmaz işləri çox rahatlıqla edirlər və sonda bəlalara uğrayıb məhv olurlar. Əsər nəfsinə məğlub olan Qurban, Hafizə xanım, Pəri, Səlimə kimi insanların taleyindən bəhs edir.

Baş rollarda Əməkdar artistlər-Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Ruslan Hüseynov, Emil Salmanov və Elmir Məmmədov iştirak ediblər. Tamaşanın  rəssamı Mehdi Hüseynovdur.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə







Mədəniyyət