“Anaların gəncliyi”

post-img

Azərbaycanın Xalq rəssamı, görkəmli fırça ustası Mikayıl Abdullayevin hələ 1950-ci illərdə yaratdığı “Anaların gəncliyi” tablosu ölkəmizin milli rəngkarlıq sənətində xüsusi yer tutur. 

Tabloda yeni dünya ilə ayaqlaşmağa çalışan, öz hüquqlarını başa düşən gənc qadından söh­bət gedir. O, tək deyil. Rəssam onun qarşısında daha iki qadın surəti təsvir edib. Üzləri görünməsə də, onların daha yaşlı olduqları sezilir. Bu, keç­mişlə indinin qarşı-qarşıya qoyulmasıdır. Qadın üzünü çevirsə də, oğrun baxışlarla arxaya baxır, bilmək istəyir ki, onun davamçıları olacaqmı?

Qeyd edək ki, güclü və parlaq rənglərin kətan üzərində ahəngdar əksi Mikayıl Abdullayev yara­dıcılığının əsas xüsusiyyətlərindəndir. Rəssam bu sənət nümunəsində də sarı, göy, qırmızı kimi güc­lü və isti rəngləri bir yerdə istifadə etməklə təsirli rəng kompozisiyası yaradıb. 

“Anaların gəncliyi” tablosu hazırda Azərbay­can Dövlət Rəsm Qalereyasının kolleksiyasında saxlanılır və nümayiş etdirilir. 

Leyla HADİ,
tələbə-jurnalist

Mədəniyyət