Saturn buzları altında okean?!

post-img

Saturnun Mimas peykinin buzla örtülmüş səthinin altında böyük bir okean ola bilər. “Nyu York Times” qəzeti xəbər verir ki, alimlər Saturnu və onun peyk­lərini 10 ildən çox təhqiq edən ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Cassini-Huygens” kosmik gəmisinin elmi nəticələrini mü­zakirə ediblər.

Planetdəki dəyişiklikləri də təhlil edən tədqiqatçılar Mimasın buzla ör­tülmüş səthindən 20-30 kilometr aşağıda böyük okean ola biləcəyini qeyd ediblər. Tədqiqatın təfərrüatları “Nature” jurnalında dərc olunub.

Anar ƏLİ
XQ

Dünya