Qərbi Azərbaycan yaddaşı

post-img

Dünən Azərbaycan Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı ilk inklüziv layihənin təqdimatı olub. Görmə qabiliyyəti məhdud olan şəxslər üçün nəzərdə tutulmuş layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə həyata keçirilib. 

Ölkəmizin muzey tarixində təsvi­ri sənət sahəsində ilk dəfə taktilliyin (toxunma və ya dəri vasitəsilə alınan informasiya-red) tətbiq olunduğu bu layihə muzeydə davam edən "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sər­gisi çərçivəsində baş tutub. 

Burada Mirzə Qədim İrəvaninin (XIX əsr rəssamı) bir neçə məşhur rəngkarlıq və qrafik portretlərinin və rus rəssamı Nikolay Qruşevin “İrəvan Sər­dar məscidi” əsərinin relyef modelləri nümayiş olunub, eyni zamanda, əsər­lər haqqında məlumat Brayl əlifbası ilə təqdim edilib.

Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən fiziki məh­dudiyyətli şəxslərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində davamlı layihələrin həyata keçiriləcəyi və muzeyin daimi ekspozisi­yasının da yaxın gələcəkdə onlar üçün uyğunlaşdırılacağı vurğulanıb.

FİDAN
XQ

















Mədəniyyət