İçərişəhərdə “Heydər Əliyev və Azərbaycan” adlı sərgi açılıb

post-img

22 dekabr 2023-cü il tarixində xalq rəssamı Tahir Salahovun ev-muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş rəssamların təxəyyülündə “Heydər Əliyev və Azərbaycan” adlı sərginin açılışı olub.

2023-cü il “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 30-dan artıq rəsm əsəri nümayiş olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan sərgi Tahir Salahovun ev-muzeyində 29 dekabr tarixinədək davam edəcək.

Mədəniyyət